AZ

Rəqəmsal kommunikasiya yardımı görünən edib, təsiri isə sual altındadır

Beynəlxalq inkişaf və yardım təşkilatları son illərdə kommunikasiya strategiyalarını sürətlə dəyişir. Ənənəvi hesabatlar, rəsmi kampaniyalar və bahalı media yerləşdirmələri yerini artıq “digital-first” – yəni rəqəmsal mərkəzli yanaşmaya verir. Lakin bu dəyişikliklərin real təsiri hələ də tam aydın deyil.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, inkişaf layihələrinin təqdimatı artıq klassik donor dili ilə deyil, daha çox populyar mədəniyyət və sosial media estetikasına uyğun şəkildə həyata keçirilir. Buna nümunə kimi İndoneziyada Avropa İttifaqının dayanıqlı enerji təşəbbüsü çərçivəsində hazırladığı kampaniya göstərilir.

Kampaniyanın siması isə qeyri-adi seçim olub — indoneziyalı reper və musiqiçi Ramengvrl. O, “Energy” adlı mahnısı ilə gənclərə enerji keçidi və dayanıqlı inkişaf mesajlarını daha yaxın formada çatdırmağa çalışır. Klipdə gecə məşq edən badmintonçu, elektrikdən asılı olan kiçik biznes sahibi və gündəlik həyat səhnələri yer alır. Vizual üslub isə klassik yardım kampaniyasından çox kommersiya reklamını xatırladır.

Bu layihənin arxasında ciddi siyasi və iqtisadi məqsədlər dayanır. Avropa İttifaqı 2025-ci ilin sonunda İndoneziyanın təmiz enerji keçidinə dəstək üçün 3,4 milyard avroluq paket açıqlayıb. Layihələr əsasən Şimali Sumatra və Şərqi Yava bölgələrini əhatə edir.

Müəllifin fikrincə, rəqəmsal kampaniyalar auditoriyaya daha sürətli çatır və gənc nəslin diqqətini çəkməkdə effektiv görünür. Ancaq əsas problem onların real dəyişiklik yaradıb-yaratmamasının ölçülə bilməməsidir. Sosial mediada izlənmə və paylaşım sayı artsa da, bunun inkişaf siyasətinə və ictimai davranışa nə dərəcədə təsir etdiyi açıq qalır.

Məqalədə vurğulanır ki, yardım təşkilatları artıq yalnız görünmək deyil, həm də təsir yaratmaq dilemması ilə üz-üzədir.

Seçilən
131
qht.az

1Mənbələr