Ukrayna Parlamenti bu gün qəbul etdiyi qətnamədə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Krım-Tatar xalqına qarşı soyqırımı tanımağa və işğal olunmuş ərazilərdə Rusiyanın qanun pozuntularına qarşı birləşməyə çağırıb.
Hafta.az yazır ki. Krım-Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov sosial mediada "14 may 2026-cı ildə Ukrayna Parlamenti tarixi ədalətin bərpası və yerli Krım-Tatar xalqının hüquqlarının qorunması istiqamətində daha bir addım atdı" deyə elan edib və qətnamənin yekdilliklə qəbul edildiyini əlavə edib.
Qəbul edilmiş qətnamə xarici dövlətlərin hökumətlərinə və parlamentlərinə, beynəlxalq təşkilatlara və parlament assambleyalarına rəsmi müraciətdir.
Qərarı dəstəkləyən bütün millət vəkillərinə təşəkkür edən Çubarov bildirib: "Bu qərar Krım tatar xalqının faciəli tarixinə dərin hörmət əlaməti olmaqla yanaşı, beynəlxalq tərəfdaşlarımıza da açıq bir mesajdır: Krım və onun xalqı uğrunda mübarizə ədalətli sülh uğrunda ümumi mübarizəmizin ayrılmaz hissəsidir. Ukrayna Parlamentinin rəhbərliyinə, müvafiq komitələrin üzvlərinə və bütün millət vəkillərinə dövlətçi mövqeyinə görə minnətdarlığımızı bildiririk. Krım Ukraynadır! Yaşasın Ukrayna!"