Fransanın Sona və Luara departamenti bölgəsində polis sürücülərə qeyri-adi təhlükə ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanları kənd ərazilərində qəribə davranış sərgiləyən maralların müşahidə olunduğunu açıqlayıb.
Məlumata görə, heyvanlar istiqaməti itirir, qeyri-sabit hərəkət edir, bəzən öz ətrafında fırlanır və yıxılır. Hətta bəzi hallarda qəfil yola çıxaraq qəza riski yaradırlar.
Mütəxəssislər bildiriblər ki, burada söhbət insanların anladığı mənada alkoqoldan getmir. Yaz və yayın əvvəlində marallar həddindən artıq yetişmiş meyvələr, cavan zoğlar və digər bitkilərlə qidalanır. Təbii qıcqırma prosesi nəticəsində həmin qidalarda etanol əmələ gəlir ki, bu da heyvanların koordinasiyasına və davranışına müvəqqəti təsir göstərə bilir.
Nəticədə marallar sanki sərxoş vəziyyətdəymiş kimi görünürlər.