AZ

MKİ direktoru Kubaya niyə getmişdi?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Kubaya səfəri zamanı Vaşinqtonun adada islahatlar aparılacağı təqdirdə iqtisadi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, o, Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro, eləcə də daxili işlər naziri Lazaro Alberto Alvares Kasas və Kuba kəşfiyyatının rəhbəri ilə görüşüb.

MKİ direktoru Trampdan Kuba fundamental dəyişikliklər edərsə, ABŞ-nin iqtisadi və təhlükəsizlik məsələləri üzrə ciddi əməkdaşlıq etməyə hazır olduğuna dair mesaj çatdırıb. Pepperoni pizza

Görüşdə Retkliff və Kuba nümayəndələri kəşfiyyat əməkdaşlığı, iqtisadi sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr