AZ

Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək.

Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.

Həmin gün “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniya təşkil edəcək.

Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.

Seçilən
31
31
aznews.az

10Mənbələr