AZ

Türkiyə millisi üçün yeni marş: Sosial şəbəkələrdə böyük maraq yaratdı VİDEO

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə milli futbol komandasının Dünya Kubokuna hazırlığı davam edərkən, komandaya dəstək verən tanınmış simalar sırasına son dövrün populyar ifaçılarından "Semicenk" də qoşulub. Demokrat.az xəbər verir ki, gənc müğənni milli komanda üçün hazırladığı xüsusi marşın ilk hissəsini sosial şəbəkə hesabında paylaşdıqdan sonra qısa müddətdə gündəmin ən çox müzakirə olunan şəxslərindən birinə çevrilib.Dünya Kuboku həyəcanının Türkiyədə getdikcə artdığı bir vaxtda "Semicenk" ay-ulduzlu komanda üçün hazırladığı yeni marşın bir hissəsini yayımlayıb. Son dövrlərdə təqdim etdiyi mahnılarla geniş auditoriya qazanan sənətçinin paylaşımı xüsusilə sosial media platformalarında böyük maraq doğurub.Marşın nəqarət hissəsi “TikTok”, “Instagram” və “X” platformalarında sürətlə yayılıb. Minlərlə istifadəçi tərəfindən paylaşılan qısa video qısa zamanda viral olub və futbol azarkeşləri ilə musiqisevərləri eyni emosiyada birləşdirib:“Milli komandamıza çıxdığı bu şərəfli yolda uğurlar arzulayıram. Komandamız üçün hazırladığım marşın nəqarət hissəsini sizinlə bölüşmək istədim. Şərhlərinizi gözləyirəm...”Müasir musiqi infrastrukturu və enerjili ritmi ilə diqqət çəkən marşın xüsusilə gənc dinləyicilər üzərində güclü təsir yaratdığı bildirilir. İfaçının özünəməxsus üslubunu milli komanda ruhu ilə birləşdirməsi sosial mediada geniş rezonans doğurub.Paylaşımdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Bəzi istifadəçilər mahnının ritmini və müasir üslubunu uğurlu hesab etsə də, digərləri onu əvvəlki illərin məşhur milli komanda marşları ilə müqayisə edib.Xüsusilə əvvəlki turnirlər zamanı yadda qalan mahnılar yenidən müzakirə mövzusuna çevrilib və “yeni nəsil marş” mübahisələri diqqət çəkib. Bir qrup istifadəçi mahnının stadion atmosferinə uyğun olduğunu desə də, digərləri daha klassik üslubda marş gözlədiklərini bildirib.“Semicenk”in paylaşımı Dünya Kuboku coşqusunun yalnız futbol meydanlarında deyil, musiqi dünyasında da hiss olunduğunu göstərib. Türkiyə milli komandasının uğurlarından sonra sənət adamlarından dəstək layihələrinin sayı artmağa başlayıb.

Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
demokrat.az

1Mənbələr