AZ

ABŞ-dan ərəb ölkələrinə ultimatum-Ya İsraili seçin, ya da İranı

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Yaxın Şərqdəki mövcud siyasi mənzərəni kökündən dəyişəcək kəskin və sensasion bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, amerikalı diplomat Fars körfəzindəki ərəb dövlətlərinə müraciət edərək, onları tərəf seçməyə çağırıb. Səfirin sözlərinə görə, bölgə ölkələri artıq İsrail ilə İran arasında konkret seçim etməlidirlər. Hakabi həmçinin Donald Trampın İsraildəki populyarlığına toxunaraq bildirib ki, əgər Trampın adı İsraildə seçki bülleteninə daxil edilsəydi, o, ehtimal ki, səslərin 95%-ni qazanardı.

O, qalan 5%-in isə "psixiatriya xəstəxanalarında" olduğunu və buna görə də onların rəyinin nəzərə alınmadığını deyərək qalmaqallı ifadələr işlədib. İsrailin Qəzzadakı hərbi əməliyyatlarını müdafiə edən səfir, dünyanın İsraili HƏMAS-ı məhv etdiyinə görə qınamağa haqqı olmadığını vurğulayıb. "Siz kimisə yanğını söndürmək üçün oda göndərib, sonra ondan tüstü qoxusu gəldiyinə görə şikayət edə bilməzsiniz", — deyə Hakabi beynəlxalq birliyin tənqidlərinə sərt reaksiya verib. Bu bəyanatlar bölgədəki ərəb paytaxtlarında və beynəlxalq diplomatik dairələrdə böyük rezonans doğurub.

 Hazırda Körfəz ölkələrinin bu "seçim" tələbinə necə reaksiya verəcəyi və bu çıxışın Vaşinqton-ərəb münasibətlərinə necə təsir edəcəyi maraqla gözlənilir. 

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr