AZ

BFK Ançelotti ilə bağlı qərarını verdi RƏSMİ

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Braziliya Futbol Konfederasiyası dünya çempionatı ərəfəsində milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, qurum öz rəsmi saytında italiyalı mütəxəssis ilə müqavilənin müddətinin uzadıldığını elan edib. 

Ançelotti DÇ-2030-un sonuna qədər Braziliya millisində qalmağını təmin edən müqavilə imzalayıb. 

"Don Karlo" ötən may ayında, "Real Madrid"dən ayrıldıqdan sonra Braziliya milli komandasına təyinat alıb. İtaliyalı mütəxəssis hazırda "Selesao"nu DÇ-2026-ya hazırlayır. Qrup mərhələsində braziliyalılar Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaqlar. 

Braziliya milli komandası sonuncu dəfə DÇ-2002-də qalib olub. Braziliya ümumilikdə 5 dəfə mundialı qazanıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr