AZ

Yelo Bank beynəlxalq tədbirə ev sahibliyi edib İnklüziv şəhər və qadın sahibkarlığı mövzusunda

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu həftə "Yelo Bank"-ın Baş Ofisi Bakı Urban Həftəsinin kreativ və maraqlı dayanacaqlarından birinə çevrildi. WUF13 (Ümumdünya Urban Forumu) ərəfəsində Bank-ın dəstəyi və Resource HUB platforması ilə tərəfdaşlıq çərçivəsində “Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbir keçirilib. Bu tədbir özəl sektor nümayəndələrini, ABŞ, Almaniya, İtaliya kimi ölkələrdən beynəlxalq ekspertləri və iş dünyasının liderlərini bir araya gətirib.

Tədbirin rəngarəng hissəsi olan “Qadınların İcma Bazarı” qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova və Bank rəhbərliyi sərgi ilə yaxından tanış olaraq, Azərbaycanın müxtəlif regionlarından gələn sahibkar xanımların təqdim etdiyi eko-məhsullarla maraqlanıb, onların uğurlu biznes hekayələrini dinləyiblər.

Günün davamında keçirilən beynəlxalq panel müzakirəsində Yelo Bank-ın Mikro biznes müştəriləri üzrə icraçı direktoru Yaşar Soltanov da çıxış edərək, maliyyə institutlarının dayanıqlı şəhər inkişafındakı rolundan bəhs edib. O, Bankın sahibkar xanımlar üçün təklif etdiyi rəqəmsal maliyyə həllərinin inklüziv ekosistemin qurulmasına verdiyi töhfələri vurğulayıb.

Qadınların gücü və yaradıcı potensialı şəhərlərimizin, eləcə də cəmiyyətimizin gələcəyini formalaşdıran əsas qüvvədir. Yelo Bank hər bir xanımın öz biznes hekayəsini yazması və liderlik ambisiyalarını reallaşdırması üçün bərabər imkanlar yaratmağa davam edəcək.

Qadin sahibkarlara destek krediti axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
9
azpolitika.info

10Mənbələr