AZ

İrandan ABŞ-nin təhdidlərinə cavab gəldi

İran ABŞ-nin son təhdidlərinə sərt cavab verib.

Musavat.com-un xəbərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqtonun hərbi təzyiq və hücum təhdidləri nəticə verməyəcək.

Nazir Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirlərinin toplantısından sonra açıqlamasında deyib ki, “40 gün bizimlə müharibə apardılar və nəticəsini gördülər. İranla hörmətlə danışanlar eyni şəkildə cavab alacaqlar”. 

Əraqçi vurğulayıb ki, problemin hərbi yollarla həlli mümkün deyil və ABŞ uzun müddətdir müxtəlif formada təhdidlər səsləndirsə də, bundan heç bir nəticə əldə edə bilməyib. O, Vaşinqtonu daha rasional davranmağa çağırıb.

İranlı nazir, həmçinin Birləşmiş Ərəb Əmirliklərini ABŞ və İsrailə dəstək verməkdə ittiham edib. Onun sözlərinə görə, İran yalnız Əmirliklər ərazisində yerləşən Amerika hədəflərinə zərbə endirib.

Son aylarda ABŞ və İran arasında gərginlik xüsusilə Hörmüz boğazı və İranın nüvə proqramı ətrafında daha da artıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın ABŞ gəmilərinə hücum edəcəyi təqdirdə “çox ağır cavab” veriləcəyini bildirmişdi.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr