AZ

Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - Şikayət 

Tural Allahverdiyev və əmisi Dağbəyi Allahverdiyev işə düzəltmək adı altında alınan pulu geri qaytarmaq istəmirlər..

 

Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitunun böyük elmi işçisi Dağbəyi Allahverdiyev və qardaşı oğlu Allverdiyev Tural Nazim oğlundan şikayət var. 

AzFakt.com-a müraciət edən vətəndaş bildirir ki, 2025-ci ilin mart ayında tanış olduğu Allahverdiyev Tural Nazim oğluna inanaraq işə düzəlməsi üçün 25 min manat pul verib. Şikayətçi qeyd edir ki, Tural Allahverdiyev iş məsələsini əmisi, İqtisadiyyat İnstitunun böyük elmi işçisi Dağbəyi Allahverdiyevin həll edəcəyi sözünü verərək onu inandırı.

Ancaq bir müddət sonra aldadıldığını bilən vətəndaş pulu geri istəsə də, ala bilməyib. İki ay öncə Dağbəyi Allahverdiyev məsələ ilə bağlı onunla görüşərək alınan pulun geri qaytarılacağı barədə sözünü versə də, bu müddət ərzində Tural Allahverdiyev ona cəmi 2 min manat qaytarıb. 

Yazıda adı keçən şəxslərin mövqeyni dərc etməyə hazırıq.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr