AZ

Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur

“AZERBAİJAN ORGANİC COMPANY” MMC-nin fəaliyyətinə xitam verilib.

Marja.az xəbər verir ki, fəaliyyətinə xitam verilmiş “AZERBAİJAN ORGANİC COMPANY” MMC şirkəti “Azerbaijan Poultry Company” MMC-yə qoşulub.

 “Azerbaijan Poultry Company” MMC bu qoşulma nəticəsində yenidən təşkil edildiyini elan edib.

Qeyd edək ki,  Azerbaijan Poultry Company” "Mərcan" markası ilə toyuq əti məhsulları istehsal edir. 

Nizamanmə kapitalı 74 milyon 455 min 200 manat olan “Azerbaijan Poultry Company” MMC-nin hüquqi ünvanı Ucar rayonunun Alpout kəndidir. 

Seçilən
32
1
marja.az

2Mənbələr