

Müəllif
Raxshanda
Gəncədə yeni rəis təyin olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhər İdarəsinə yeni rəis təyin olunub.Ulusum.az məlumat verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.Əmrə əsasən, polkovnik-leytenant Ceyhun Əsədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi vəzifəsinə gətirilib.O, artıq vəzifəsinin icrasına başlayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni rəisi qəbul edib, təbriklərini çatdırıb.Qeyd edək ki, Ceyhun Əsədov bundan əvvəl SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.
Diqqət Çəkənlər
"Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - VİDEO
Bu ərazilərdə işıq olmayacaq
Ryazanda PUA hücumu: 3 ölü, 12 yaralı