ain.az bildirir, Demokrat.az portalına istinadən.
Abşeron rayonunda gənc qadın mülk davası zamanı bacısının yoldaşına ağır xəsarət yetirib. Hadisə ailə üzvləri arasında pay bölgüsü üstündə yaranan narazılıqdan sonra baş verib.Demokrat.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 22 yaşlı Xalidə fərdi evin həyətində bacısının əri Ayazla mübahisə edib.Mübahisəyə səbəb kişinin həyəti hasarla bölmək istəməsi olub. Bu zaman qadın yerdən götürdüyü bellə Ayazın baş nahiyəsinə zərbə endirib.Məhkəmədə ifadə verən Xalidə günahını etiraf edib və hadisəni belə nəql edib:“Sahibə mənim doğma bacımdır. Bacım Ayaz ilə ailə həyatı quraraq rəsmi nikaha girib. Evləndikləri vaxtdan valideynlərim yaşadığımız həyətdə Sahibəgil üçün ev tikdi və həmin evdə yaşadılar. Sahibənin 4 övladı var. Əvvəllər münasibətlərimiz normal olsa da, sonradan ev və mülk məsələsi üstündə münasibətlərimiz korlandı”.Qadın anasının vəfatından sonra mülkün bacılar arasında bölündüyünü bildirib:“Həmin mülkdən 2 bacıma pay verilib. Lakin mən və digər bacım Səbinə həmin evdə yaşamışıq. Bacım Sahibə öz evi olmasına baxmayaraq bizim yaşadığımız evdə qalıb. O, öz evini satışa çıxarıb. Məlum hadisə günü, saat 13 radələrində həmin evi almaq üçün alıcılar gəldi. Sahibə öz evini satarkən bizim yaşadığımız əraziyə müdaxilə etdi. Bunun üçün mən və bacım Səbinə Sahibəyə irad bildirdik. Bu zaman Sahibə bizimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Sahibə mənə qarşı nalayiq ifadələr işlətdiyi üçün mən də onun saçından tutaraq yerə yıxdım. Sonra Sahibənin Ayaz mənə daş atmaq istədikdə digər bacım araya girdi və ona mane oldu. Mən isə yerdən beli götürərək Ayazın başına vuraraq ona xəsarət yetirdim”.Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini və onunla barışdığını deyərək barəsində amnistiya tətbiq edilməsini istəyib.Zərərçəkmiş Ayaz isə baş verənləri tam fərqli formada izah edib:“Qayınanam vəfat etdikdən sonra həmin yaşadığımız həyət qızları arasında bölünməli oldu. Lakin Xalidə və Səbinə buna mane oldular. Mənim bir qədər borcum olduğu üçün həmin yaşadığım evi satmaq qərarına gəldim. Bu səbəbdən yaşadığım ev ilə Xalidənin evinin arasında hasar çəkmək qərarına gəldik. Məlum hadisə günü, saat 13 radələrində həmin hasarı çəkmək üçün qazıntı işləri aparan zaman Xalidə və Səbinə gələrək buna mane olmağa çalışdılar və mənimlə mübahisə etdilər. Mübahisə zamanı Xalidə yerdə olan beli götürərək baş nahiyəmə vurdu. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə amnistiya qərarı tətbiq edilib və Xalidə cinayət məsuliyyətindən azad olunub. İş üzrə icraata xitam verilib və qadın barəsindəki başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.Qısası, Masazırda ana öldükdən sonra övladlar arasında ev davası düşüb. Bacı evini satıb hasar çəkmək istəyəndə digər bacı onun ərinə bellə xəsarət yetirib. Sonradan tərəflər barışdığı üçün məhkəmə amnistiya qərarı ilə işi bağlayıb və qadına cəza verməyib.Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.