ain.az bildirir, Lent az saytına əsaslanaraq.
Tanınmış müğənni Ebru Polat, rəsmi sosial media hesabında oriental rəqs dərslərinə başladığını elan edib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, peşəkar rəqs müəllimi ilə birlikdə məşq etdiyi anları izləyiciləri üçün paylaşan Polat, performansı ilə diqqət çəkib.
Güzgülü zalda ritm tutaraq müxtəlif fiqurlar nümayiş etdirən müğənninin şən əhval-ruhiyyəsi gözlərdən qaçmayıb. Ebru Polatın paylaşımına əlavə etdiyi zarafatyana qeyd isə xüsusilə maraq doğurub:
"Deyəsən, ac qalmaram"
Müğənninin bu sözləri və rəqs bacarığı qısa müddət ərzində izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, minlərlə bəyənmə və şərh toplayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.