AZ

Kosmosa insan embrionu göndərildi - Həyata orada davam edəcək

Çinli alimlər insanlığın gələcəkdə kosmosda yaşayıb-yaşaya bilməyəcəyini araşdırmaq üçün diqqətçəkən eksperimentə başlayıblar.

Musavat.com xəbər verir ki, məlumata görə, süni insan embrionları Tiangong Kosmik Stansiyasına göndərilib və onların sıfır cazibə mühitində inkişafı müşahidə olunacaq. 

Embriolar pilotsuz yük aparatı ilə orbitə çatdırılıb. Araşdırmanın rəhbəri Yu Leqian bildirib ki, əsas məqsəd insan nəslinin gələcəkdə Ay və Mars kimi məkanlarda davam etdirilməsinin mümkün olub-olmadığını anlamaqdır. 

Tədqiqat zamanı alimlər xüsusilə döllənmədən sonrakı 14–21-ci günlər arasındakı kritik inkişaf mərhələsini izləyəcəklər. Bu dövrdə yaranan ən kiçik dəyişikliklərin belə insan inkişafına ciddi təsir göstərə biləcəyi qeyd olunur. 

Çinli mütəxəssislər bildirirlər ki, kosmosdakı radiasiya və çəkisizlik şəraitinin insan orqanizminə təsirini öyrənmək gələcək kosmik koloniyalar üçün vacibdir. Təcrübə başa çatdıqdan sonra nümunələrin dondurularaq Yerə qaytarılması və detallı analiz edilməsi planlaşdırılır. 

Bu layihənin 2023-cü ildə Yaponiya alimlərinin Beynəlxalq Kosmik Stansiyada apardığı siçan embrionu təcrübəsindən daha irəli mərhələ olduğu bildirilir. Çin ilk dəfə insan kök hüceyrələrindən yaradılmış embrionlara yaxın strukturlarla kosmosda inkişaf prosesini araşdırır.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr