AZ

Qurban Yetirmişli: Azərbaycanda baş vermiş bəzi tarixi zəlzələlərin gücü yenidən qiymətləndirilir

BAKI, 15 may. TELEQRAF

Respublika Seysmoloji Xidmət Mərkəzi Oksford universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır.

Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda deyib.

O bildirib ki, vaxtilə Salyan, Göyçay, Ağsu, Şamaxı zəlzələsi 7.5, 7.6 və s. gücdə zəlzələlər olub.

"Həmin dövrlərdə elm o qədər inkişaf etmədiyi üçün biz onların gücünü bilmirdik. 1902-ci ildə baş verən zəlzələnin həmin vaxt 6.9 bal gücündə olduğu təxmin edilirdi. Sonrakı tədqiqatlarda isə əslində 7.4 bal gücündə olduğu məlum oldu", - o vurğulayıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr