Türkiyədə vergi və aktivlərin leqallaşdırılması ilə bağlı yeni qanun layihəsinin ilk 5 maddəsi qəbul edilib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, xaricdə əldə etdiyi gəliri Türkiyəyə gətirən şəxslər 20 il müddətində gəlir vergisindən azad olunacaq.
Qayda 1 yanvar 2026-cı ildən etibarən Türkiyədə məskunlaşan əcnəbilər üçün keçərli olacaq.
Qanuna görə, dövlət borcunu ödəməkdə çətinlik çəkən şəxslərin borcları təminat qarşılığında 72 aya qədər faizlə təxirə salına biləcək. Borcun məbləği 1 milyon lirədən az olduqda isə təminat tələb olunmayacaq.
Dəyişikliklər çərçivəsində texnologiya startaplarında çalışanlara verilən güzəştli səhm payları ilə bağlı vergi qaydaları da yenilənib. Səhmlərin müəyyən müddətdən əvvəl satılması halında güzəşt olunan verginin bir hissəsi geri alınacaq.