Astroloqlar bəzi doğum illərinin xüsusi enerji və fərqli xüsusiyyətlərlə əlaqəli olduğunu iddia edirlər. Onların fikrincə, bu illərdə doğulan insanlar qeyri-adi istedadları, güclü xarizması və fərqli düşüncə tərzi ilə seçilir.
Moderator.az xəbər verir ki, astroloqlar 6 doğum tarixini fərqləndirirlər.
1965-ci il - Astroloqların sözlərinə görə, 1965-ci ildə doğulan insanlar çox vaxt qeyri-adi zəkaya malik olur və yenilikçi düşüncə tərzi ilə seçilirlər. Həmin dövrdə çox sayda güclü yazıçı və yaradıcı insan yetişib. Bu ildə doğulanların həyat məqsədlərinin daha aydın olduğu iddia edilir.
1966-cı il - 1966-cı ildə doğulan bəzi şəxslərin intuisiya və hissiyat qabiliyyəti güclü olur. Bununla belə, onlar həyatlarında aldanma və ya asılılıq kimi çətinliklərlə qarşılaşa bilərlər. Astroloqların fikrincə, bu maneələri aşan insanlar daxili potensiallarını tam ortaya çıxara bilirlər.
1967-ci il - Bu ildə doğulanlar daha çox üsyankar ruhu və qeyri-standart düşüncə tərzi ilə seçilir. Astroloqlar onların güclü xarizma və liderlik qabiliyyətinə sahib olduqlarını bildirir. Bu il doğulan məşhurlar arasında Anderson Cooper və David Guetta də göstərilir.
1984-cü il - Grimə görə, 1984-cü ildə doğulan insanlar insanları inandırmaq və fikirlərini yaymaq bacarığı ilə fərqlənirlər. Onların media, texnologiya və satış sahələrində uğur qazanmağa daha meyilli olduqları bildirilir. Astroloqlar bu nəslin insanlarını “ulduz toxumu” adlandıraraq, bəşəriyyətə yeni istiqamət verə biləcəklərini iddia edib.
1989-cu il - Astroloqların fikrincə, 1989-cu ildə doğulan şəxslər böyük maliyyə uğurları əldə etmək potensialına malikdirlər. Buna nümunə kimi Taylor Svift göstərilib. Həmçinin bu ildə doğulanların geniş bilik dairəsinə və yüksək intellektə sahib olduğu vurğulanır.
1998-ci il - 1998-ci ildə doğulanların güclü mövqeyi və inandırmaq qabiliyyəti ilə seçildiyi qeyd olunur. Astroloqlar onların texnologiyaya yaxın olduqlarını və güclü fikirləri sayəsində ətrafdakılara təsir göstərə bildiklərini bildirib.
Mütəxəssislər isə xatırladırlar ki, insan xarakteri və uğuru yalnız doğum ili ilə müəyyən edilmir. Təhsil, mühit, həyat təcrübəsi və şəxsi seçimlər də insanın formalaşmasında mühüm rol oynayır. /Lent.az/