AZ

Yusif Həsənbəy son mənzilə yola salındı FOTO/VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Bakıda 93 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy bu gün Quba şəhərindəki Yuxarı qəbiristanlıqda dəfn olunub.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, vida mərasimində şairin ailə üzvləri, yaxınları, sənət dostları və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən qubalı şair Ramiz Qusarçaylı Yusif Həsənbəyin Azərbaycan poeziyasındakı xidmətlərindən, yaradıcılıq yolundan və ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.

Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkib. Şair ötən gün Bakıda vəfat edib.Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
bizim.media

10Mənbələr