"Selta"nın kapitanı Yaqo Aspas klubun tarixinə düşüb.
QOL.az La Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli hücumçu komandanın heyətində İspaniya çempionatında meydana çıxan ən yaşlı futbolçu olub.
Aspas 38 yaş 284 günlüyündə buna nail olub. O, Xuan Vaskes Tenreyronun 70 ildən artıqdır yenilənməyən rekordunu qırıb. "Selta"nın La Liqa tarixindəki ən yaşlı beş oyunçusu siyahısında növbəti yerləri Visente Quaita, Qonsalo Marsa və Yayo Sans tutur.
Qeyd edək ki, "Selta"nın yetriməsi olan futbolçu 2008-ci ildən əsas komandada oynayır. O, Aspas "Selta" forması ilə İspaniya çempionatında 401 oyun keçirib. Aspas 2013-2015-ci illərdə "Liverpul"da da oynayıb.
