AZ

Samsung işçi həmkarlar ittifaqı tətil planından geri çəkilmir – səhmlər kəskin düşdü

 Samsung Electronics-in Cənubi Koreyadakı işçi həmkarlar ittifaqı şirkətin danışıqları şərtsiz bərpa etmə təklifinə baxmayaraq planlaşdırılan tətili davam etdirəcəyini açıqlayıb. Bu qərar fonunda şirkətin səhmləri kəskin şəkildə ucuzlaşıb.

Həmkarlar ittifaqı bildirib ki, əməkhaqqı və bonuslarla bağlı mübahisələr həll olunmadığı üçün 21 maydan başlayaraq 18 günlük tətil planı qüvvədə qalır. İttifaq yalnız 7 iyundan sonra yeni danışıqlara hazır ola biləcəyini qeyd edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, samsung rəhbərliyi isə tərəfləri dialoqa qayıtmağa çağırıb, yaranmış gərginlik üçün ictimaiyyətə və hökumətə üzrxahlıq edib və razılaşma üçün açıq mövqe sərgilədiyini vurğulayıb.

Mübahisənin dünyanın ən böyük yaddaş çip istehsalçısında baş verməsi bazarda narahatlıq yaradıb. Analitiklər mümkün tətilin çip tədarükü və istehsalın etibarlılığına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Xəbərdarlıqdan sonra Samsung səhmləri gün ərzində 9%-dən çox dəyər itirib.

Seçilən
23
qht.az

1Mənbələr