AZ

Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat

Mən bu çıxışdan belə başa düşdüm ki, Bakı Metropoliteninin rəisi Bakıxanovda, Binəqədidə yaşayan insanlara ikinci növ vətəşdaş kimi baxır və düşünür ki, onlar şəhərə əziyyətlə gəlməlidirlər. Çünki şəhərin mərkəzi daha çox elit məkandır və bu məkana ikinci növ vətəndaşlar rahatlıqla çatmamalıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında millət vəkili Fazil Mustafa Bakı Metropolitenin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı haqda sözlərini şərh edərkən deyib. F.Mustafa millət vəkli seçildiyi Bakıxanov qəsəbəsi sakinlərinin şəhərin mərkəzinə çətinliklə getdiklərini xatırladıb və metropoliten rəisinin bu cür yanaşmasının absurd olduğunu vurğulayıb: “Metro tikintisi bu cür düşüncə ilə aparılacaqsa, bizi böyük bir xəyal qırıqlığı gözləyir. Metro rəhbərliyində dəyişiklik olandan sonra gözləyirdim ki, birinci müjdə Bakıxanova metro çəkilməsi olar. Çünki bu qəsəbədə 200 min əhali yaşayır. Bu insanlar şəhər və şəhərətrafı ərazilərə əziyyətlə, əzabla hərəkət edirlər.

Deməli, kimsə onların şəhərə əzabla gəlməyini vacib sayır. Bu isə artıq vətəndaşa xidmət deyil”.

Seçilən
33
1
buta.tv

2Mənbələr