AZ

Mağaza şirniyyatlarına 7 alternativ: Sağlamlığınız üçün zərərsizdirlər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Diyetoloqlar şirniyyata olan ehtiyacı ödəməyə kömək edən və sağlamlığa mənfi təsir göstərməyən alternativ məhsulların siyahısını təqdim edib.Demokrat.az “VeryWell Health” nəşrinə istinadən xəbər verir ki, meyvələrin əksəriyyəti yüksək miqdarda fruktoza ehtiva etsə də, tərkibindəki lif sayəsində qanda şəkərin kəskin artmasının qarşısını alır və bu səbəbdən şirniyyatlara daha sağlam alternativ sayılır.Mütəxəssislər mağaza şirniyyatlarını əvəz edə biləcək 7 əsas məhsulu sıralayıb.1. ManqoManqo ən şirin meyvələrdən biri hesab olunur. Bir stəkan manqoda 22 qramdan çox təbii şəkər mövcuddur. “Foods” jurnalında dərc edilən araşdırmaya görə, manqo istehlakı qlükoza səviyyəsinin tənzimlənməsinə və böyüklərdə oksidləşdirici stressin azalmasına kömək edir.2. XurmaXurma tez-tez desertlərdə təbii şəkər əvəzedicisi kimi istifadə olunur. Yüksək şirinliyinə baxmayaraq, aşağı glikemik indeksə malikdir. Məlumatlara əsasən, xurma xolesterolu artırmır və ürək sağlamlığı üçün faydalı ola bilər.3. ÜzümBu giləmeyvələr “təbii konfet” adlandırılır. Üzüm insulin funksiyasını dəstəkləyir. Tərkibindəki polifenollar qan təzyiqinin azalmasına və lipid profilinin yaxşılaşmasına kömək edir.4. AnanasAnanas həm təzə, həm də qızardılmış formada istifadə oluna bilər. Tərkibindəki bromelain fermenti “Nutrients” jurnalına əsasən güclü iltihabəleyhinə təsir göstərir və toxumaların bərpasını sürətləndirir.5. BananYetişdikcə tərkibindəki nişasta şəkərə çevrildiyi üçün banan daha şirin olur. Kalium və maqneziumla zəngindir. Amerika Ürək Assosiasiyasının (AHA) məlumatına görə, bu tərkib ürək-damar sistemini dəstəkləyir və təzyiqin normallaşmasına kömək edir.6. AlbalıŞirin sort albalılar desert dadına yaxın ləzzətə malikdir. Tərkibindəki antosianlar damarları qoruyan birləşmələrdir. Dietoloqlara görə, albalı qaraciyər funksiyasını dəstəkləyir və metabolik pozuntuların riskini azalda bilər.7. ArmudArmud yüksək miqdarda həll olunan lif, xüsusilə pektin ehtiva edir. “Complementary Medicine and Therapies” nəşrinə əsasən, bu, həzmi yaxşılaşdırır və 2-ci tip diabet riskini azaltmağa kömək edir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
26
demokrat.az

10Mənbələr