AZ

Yeni tətbiq ətrafında qalmaqal: Pul qarşılığında ünsiyyət iddiası

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər sosial şəbəkələrdə reklamı gedən, eyni zamanda bir çox insanın qınağına səbəb olan yeni tədbiq peyda olub.

Belə ki, adı “Sugo” olan bu proqramın tanışlıq vasitəsi olduğu deyilir.

Daha dəqiq, həm azyaşlı, həm də yetkin qızların pul qarşılığında ora cəlb edildiyi və başqa kişilərlə danışdıqları vurğulanır.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkədə bu barədə paylaşım edənlər yazırlar:

“Qeydiyyatdan keçən kimi yazırlar. Əvvəlcə bot təsiri bağışlasa da, sonrada real olduğu məlum olur. Şərt odur ki, onlar bir az danışır və qəfil mesajlaşma kəsilir. Yenidən mesajlaşmaq üçün isə tədbiqə pul yükləmək lazım olur”.

Sosial şəbəkə istifadəçiləri bu tədbiqin fəlakətlərə yol aça biləcəyini vurğulayır.

Proqramın harada yarandığı məlum deyil. Ancaq görünən odur, Azərbaycan seqmentində geniş reklamı və bu reklama inanallar da az deyildir.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr