Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Real Sosyedad"ın hücumçusu Ander Barreneçea karyerasını iki İngiltərə nəhəngindən birində davam etdirməyə yaxındır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı forvardın xidmətində "Çelsi" və "Mançester Yunayted" maraqlıdır.
Həm sol, həm də sağ vinger mövqeyində oynaya bilən Barreneçea 2019-cu ilin iyulundan yetirməsi olduğu "Real Sosyedad"ın əsas komandasındadır.
Bu mövsüm La Liqa təmsilçisinin heyətində 34 matça çıxan ön xətt oyunçusu 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir. Anderin klubu ilə müqaviləsinin müddəti 2030-cu il yayına qədər nəzərdə tutulub.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.