AZ

Sistemli əllərdə qalxan kuboklar 

“Sabah”ın bu mövsüm qazandığı “qızıl dubl” Azərbaycan futbolunda uzun illər xatırlanacaq uğurlardan biridir. Həm Premyer Liqanın çempionu olmaq, həm də ölkə kubokunu qazanmaq böyük zəhmətin və düzgün idarəçiliyin nəticəsidir.

Bu uğurun arxasında isə ilk növbədə klub rəhbərliyinin gördüyü iş dayanır. Son illərdə “Sabah”da addım-addım qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Klub rəhbərliyi təkcə bu günü yox, gələcəyi də düşünərək hərəkət etdi.

Düzgün transfer siyasəti, məşqçilər heyətinə verilən dəstək, futbolçular üçün yaradılan şərait və komanda daxilində qorunan sabitlik uğurun əsas səbəblərindən oldu.

Mövsüm ərzində komanda çətin anlar da yaşadı. Amma rəhbərlik hər zaman kollektivin arxasında dayandı və soyuqqanlı qərarlar verdi. Məhz bunun nəticəsində “Sabah” mövsümü iki kubokla başa vurdu.

Bu gün “Sabah” artıq sadəcə iddialı kollektiv deyil. Klub rəhbərliyinin gördüyü işlər sayəsində komanda Azərbaycan futbolunda nümunə göstərilən layihələrdən birinə çevrilib. İndi isə qarşıda yeni hədəf var – Çempionlar Liqasında ölkəni layiqincə təmsil etmək.

İdmanxeber.az 

 

Seçilən
61
idmanxeber.az

1Mənbələr