AZ

2026-cı ilin yay mövsümündə ən dəbli şort modelləri hansılar olacaq? -Moda mütəxəssislərindən AÇIQLAMA

2026-cı ilin yay mövsümündə ən dəbli şort modelləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, “Who What Wear” jurnalının redaktorları bu yay trend olacaq şortları təqdim ediblər.

Moda mütəxəssislərinin fikrincə, mövsümün ən populyar modellərindən biri geniş və rahat kəsimli şortlar olacaq. İlk dəfə 19-cu əsrin ortalarında yaranan bu model geniş ətəklərə rahat alternativ kimi istifadə olunurdu.

Bundan əlavə, parlaq qırmızı rəngli şortlar da bu yay diqqət mərkəzindədir. A-xətt formalı modellər isə həm denim, həm də pambıq və kətan kimi yüngül materiallarda trend hesab olunur.

Məqalədə mikro şortlar, Bermuda şortları, həmçinin krujeva ilə bəzədilmiş atlaz və ipək modellərin də populyarlıq qazandığı vurğulanıb.

Moda redaktorları ağ şortların da bu yay klassik cins şortlara ən yaxşı alternativlərdən biri olacağını bildiriblər.

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr