AZ

“Əsrin əsas geosiyasi qarşıdurması ABŞ Çin rəqabətidir” ŞƏRH

ain.az, Gununsesi saytına istinadən bildirir.

“XXI əsrin ən mühüm geosiyasi qarşıdurması artıq açıq şəkildə ABŞ-Çin rəqabəti üzərində qurulur. Bu rəqabət təkcə iki supergüc arasında iqtisadi və texnoloji mübarizə deyil”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Burada söhbət qlobal sistemin gələcəyindən, yeni dünya düzəninin hansı prinsiplərlə formalaşacağından və beynəlxalq güc balansının necə dəyişəcəyindən gedir.

Məhz buna görə ABŞ Prezidenti Donald Trumpın Çinə səfəri və Çin lideri Si Cinpinlə keçirdiyi görüş dünyanın diqqət mərkəzindədir. Çünki Pekində baş tutan bu görüş təkcə Vaşinqton–Pekin münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirmir. Bu görüş eyni zamanda Yaxın Şərqdən Tayvana, Körfəzdən Avropaya, Latın Amerikasınadək olan bir coğrafiyada enerji bazarlarından süni intellekt savaşlarına qədər uzanan qlobal geosiyasi proseslərin istiqamətini müəyyənləşdirə biləcək strateji hadisə kimi qiymətləndirilir.

İlkin açıqlamalar göstərir ki, tərəflər müəyyən iqtisadi, enerji və regional təhlükəsizlik məsələlərində anlaşmaya yaxınlaşıblar. Lakin əsas strateji məsələlərdə, xüsusilə Tayvan, Yaxın Şərq, texnologiya, hərbi üstünlük, Hind-Sakit okean regionu və qlobal liderlik uğrunda mübarizədə kompromis ehtimalı hələ də son dərəcə zəif görünür. Amma Tramp-Si Cinpin Zirvə görüşünün təfərrüatı bəlli olduqdan sonra proseslərin gedişi barədə daha konkret fikirlər yürütmək olar. Çünki problem artıq ticarət müharibəsi deyil”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr