AZ

Rozanın Qazaxıstan turu bədbəxt hadisəyə görə TƏXİRƏ SALINDI

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Roza Zərgərlinin Qazaxıstan şəhərlərini əhatə edən konsert turu təxirə salınıb.

Milli.Az-ın məlumatına görə, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək planlarda dəyişiklik edildiyini açıqlayıb. İlkin olaraq yaz turu çərçivəsində nəzərdə tutulan konsertlərin 15 mayda Astanada start götürməsi planlaşdırılırdı.

Lakin təşkilati səbəblərdən və gözlənilməz vəziyyətə görə tədbirlərin payız aylarına qədər ertələndiyi bildirilib. Roza Zərgərli izləyicilərinə müraciət edərək hazırlıqların yüksək səviyyədə getdiyini, hətta xüsusi səhnə geyimlərinin və qazax dilində ifaların da hazırlandığını qeyd edib.

Sənətçi həmçinin bildirib ki, may ayı üçün alınan biletlər sentyabrda keçiriləcək konsertlərdə keçərli olacaq. Konsert turunun yeni tarixlərdə daha geniş proqramla davam etdiriləcəyi gözlənilir.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
news.milli.az

2Mənbələr