AZ

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara Çində hazırlaşırlar

Bakı, 15 may, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, daha 6 idmançı bu məqsədlə Çinə yola düşüb.

Milli üzvlərindən Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək. İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək “Avrasiya Liqasına” qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.

Seçilən
24
8
azertag.az

9Mənbələr