AZ

Turan Tovuz 5 futbolçusu ilə vidalaşmağa yaxındır ADLAR

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcəyi dəqiqləşən "Turan Tovuz" heyətini gücləndirməkdə qərarlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisi azı 4-5 yeni transfer etmək niyyətindədir. 

Heyətin ümumi ustalıq səviyyəsini yüksəltməyi və növbəti "futbol ili"ndə də titullar uğrunda mübarizə aparmağı hədəfləyən komandanı bir neçə futbolçunun tərk edəcəyi də gözlənilir. Bunlar Şəhriyar Əliyev, Tural Bayramlı, Xəyal Nəcəfov və Filip Ozobiçdir. Sözügedən oyunçuların Tovuz klubu ilə müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacaq. Hələ onların heç birinə yeni saziş təklif edilməyib. Qapıçı Sergey Samokla bağlı vəziyyət də eynidir. 

Xatırladaq ki, 31 oyuna 59 xal toplayan "Turan Tovuz" 3-cü pillədə mövqe tutub. 

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr