AZ

İran: Biz amerikalılara qətiyyən etibar etmirik

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

" Əgər qarşı tərəf həqiqətən ciddidirsə, danışıqlara açığıq, diplomatiyaya atəşkəsi qorumaq üçün şans veririk, amma amerikalılara etibarımız yoxdur.

Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Arakçi ABŞ və İsrailin hücumları ilə başlayan və hazırda atəşkəs mərhələsində olan İran-İraq münaqişəsi ilə bağlı tənqidi açıqlamalar verib.Arakçi Hörmüz boğazı ilə bağlı vəziyyətin mürəkkəb olduğunu və həll yolu axtardıqlarını bildirib və diplomatiyaya şans vermək üçün atəşkəsi qorumağa çalışdıqlarını əlavə edib.Danışıqların yalnız qarşı tərəf həqiqətən ciddi olduğu təqdirdə davam edəcəyini deyən Arakçi, "Amerikalılara heç etibar etmirik. Hazırkı danışıqlar prosesi etibarsızlıq səbəbindən çətin vəziyyətdədir. Ziddiyyətli mesajlar bizi amerikalıların danışıqlardakı əsl niyyətləri ilə bağlı ehtiyatlı olmağa vadar edib" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
icma.az

2Mənbələr