AZ

Argentina millisinin üzvü İngiltərə klubundan ayrılır: Nail olduqlarımızla qürur duyuram

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Argentina millisinin mərkəz müdafiəçisi Markos Senesi cari mövsümün sonunda İngiltərənin Premyer Liqa təmsilçisi "Bornmut"dan ayrılacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "albalılar"ın rəsmi saytı yayıb.

2022-ci ildə "Feyenoord"dan transfer edilən, o vaxtdan bəri elitada 124 matça çıxan cənubi amerikalının müddəti iyunun 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək.

Senesi özü də eyni mənbəyə danışıb: "Buraya gəldiyim ilk gündən özümü evdəki kimi hiss etmişəm. Son 4 ildə nail olduqlarımızla qürur duyuram. Məni hər zaman dəstəkləyən azarkeşlərə minnətdaram. "Bornmut" həmişə ürəyimdə xüsusi yer tutacaq və burada keçirdiyim zaman xoş xatirələrə çevriləcək. Hələ mövsümün başa çatmayıb. Qarşıdakı iki oyunda birlikdə nəyə olacağımızı səbirsizliklə gözləyirəm".

Nihat

 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr