AZ

“Azərbaycan Avropa İttifaqı tərəfdaşlığında yeni müsbət dinamika formalaşıb” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Biz Avropa İttifaqı ilə əməkdaşlığı xarici siyasətimizdə vacib tərəfdaşlıq istiqaməti kimi görürük və son illərdə bu münasibətlərdə yeni, müsbət dinamikanın formalaşdığını məmnunluqla qarşılayırıq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib:

“Avropa Gününün təbliğ etdiyi çoxtərəflilik və əməkdaşlıq dəyərləri sürətlə dəyişən dünyada bu gün xüsusilə aktualdır.

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə məhz bu anlayışla yanaşır. Biz Avropa İttifaqı ilə əməkdaşlığı xarici siyasətimizdə vacib tərəfdaşlıq istiqaməti kimi görürük və son illərdə bu münasibətlərdə yeni, müsbət dinamikanın formalaşdığını məmnunluqla qarşılayırıq.

Bu dinamikanın ən mühüm göstəricilərindən biri son dövrlərdə yüksək səviyyəli təmasların intensivləşməsidir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti cənab Antonio Koştanın Bakıya son səfərini və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə birgə qəbul edilmiş mətbuat bəyanatını xüsusilə qeyd etmək istərdim. Həmin bəyanat bir sıra sahələr üzrə əməkdaşlığı daha da gücləndirmək istiqamətində ortaq niyyətimizi bir daha təsdiqlədi və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin növbəti mərhələsi üçün aydın siyasi mesaj vermiş oldu.

Qeyd olunan səfərlə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə müxtəlif platformalar çərçivəsində keçirilmiş görüşləri, Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallasın ölkəmizə səfəri, həmçinin Genişlənmə və Avropa Qonşuluğu üzrə Komissar Marta Kosun işğaldan azad edilmiş ərazilərimizə ziyarəti, eləcə də təhlükəsizlik, enerji və nəqliyyat sahələrində keçirilən yüksək səviyyəli dialoqlar göstərir ki, hər iki tərəf bu tərəfdaşlığın əhəmiyyətini yaxşı anlayır”.

O qeyd edib ki, bu müsbət siyasi dinamika real nəticələrə, praktik əməkdaşlığa və hər iki tərəf üçün faydalı layihələrə çevrilməlidir:

“Bu gün Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq strateji xarakter daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. İttifaq bizim ən böyük ticarət tərəfdaşımızdır və əməkdaşlığımız artıq ənənəvi sahələrlə məhdudlaşmır. Hər iki tərəf mövcud əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi istiqamətində əhəmiyyətli səylər göstərir.

Azərbaycanın Avropa İttifaqına üzv 10 dövlətlə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Bir çox digər üzv dövlətlərlə də yaxın və qarşılıqlı faydalı münasibətlərimiz var. Bu, Avropa ilə əlaqələrimizin real, praktiki və qarşılıqlı etimada əsaslandığını göstərir. Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar da möhkəm təməllər üzərində qurulmuş bu əməkdaşlıqların daha da inkişaf etdirilməsi üçün əlavə fürsət yaradacaqdır.

Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və digər mühüm istiqamətlərdə vacib və etibarlı tərəfdaş kimi qiymətləndirir.

Bu gün Azərbaycan təbii qazı 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzv ölkəsinə ixrac edilir. 2025-ci ildə Avropaya təxminən 13 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bu il Avstriya və Almaniyaya tədarüklərin başlaması da bir daha göstərdi ki, Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsində önəmli tərəfdaşdır.

Bununla yanaşı, biz enerji sahəsində əməkdaşlığı yalnız təbii qazın ixracı ilə məhdudlaşdırmırıq. Gələcəyə baxdıqda, bərpa olunan enerji və yaşıl bağlantılar sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Xəzərdən Qara dənizə və oradan Avropaya uzanan yaşıl enerji dəhlizləri üzərində aparılan işlər bu baxımdan yeni və perspektivli imkanlar açır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
icma.az

1Mənbələr