AZ

Təhsildə yenilik ali məktəblərə qeydiyyat mygov la aparılacaq

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhsil üzrə bir sıra mühüm xidmətlər elektron hökumət portalına mygov-a inteqrasiya olunub.Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin platformaya inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq.

Beləliklə, mygov ilə:

- abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı,

- bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı,

- ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı,

- məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu aparılacaq.

Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından "Xidmətlər" bölməsindən "Elm və Təhsil Nazirliyi" və ya "Təhsil" sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
modern.az

1Mənbələr