“Everton”un kapitanı Şeymus Kolman mövsümün sonunda komanda ilə vidalaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçi 17 ildən sonra “Everton”dan ayrılır.
Premyer Liqada klubun formasını ən çox geyinən futbolçu olan irlandiyalının gələcəkdə məşqçi kimi fəaliyyət göstərə və ya yeni komandaya keçə biləcəyi bildirilir.