Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampa məsləhət görüb ki, əgər Vaşinqton Tehranla razılığa gəlmək istəyirsə, səbir nümayiş etdirsin.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Yeni Delhidə keçirilən mətbuat konfransında bəyan edib.
CNN teleşirkətinin Trampın Hörmüz boğazının bağlanması və Tehranın güzəştsiz mövqeyi səbəbindən səbrinin tükəndiyi barədə yaydığı məlumatı şərh edən nazir bildirib: "Bu, sadəcə səbirli olub-olmamaq məsələsi deyil. Söhbət ciddi bir məsələdən gedir. Əgər onlar həll yolu tapmaq istəyirlərsə, səbirli olmalıdırlar".
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.