ABŞ Prezidenti Donald Tramp İranla münasibətlərdə yaranmış qısamüddətli atəşkəs və regionun gələcək taleyi ilə bağlı gözlənilməz bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, Tramp İranla əldə olunmuş bir aylıq atəşkəs rejiminin, əslində, onun istəyi ilə baş tutmadığını etiraf edib.
ABŞ lideri bildirib ki, bu qısa fasiləyə yalnız digər ölkələrin xahişi ilə razılıq verib. "Mən bu ideyanın xüsusi tərəfdarı deyildim, lakin biz bunu Pakistana – o möhtəşəm insanlara, feldmarşala və Baş nazirə hörmət əlaməti olaraq etdik",- deyə Tramp vurğulayıb.
Lakin ən sensasion məqam prezidentin gələcək planlarla bağlı işlətdiyi ifadələr olub. Tramp bir aylıq atəşkəsin başa çatdığını işarə edərək, regionda "kiçik bir təmizləmə" əməliyyatına ehtiyac ola biləcəyini qeyd edib.
Musavat.com