AZ

Azərbaycanın daha 6 stolüstü tennisçisi Çinə yollandı

Azərbaycan stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

Fanat.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, daha 6 idmançı bu məqsədlə bu gün Çinə yollanıb.

Milli komandanın üzvləri – Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.

İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək "Avrasiya Liqasına" qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar.

Seçilən
4
8
fanat.az

9Mənbələr