AZ

“Şəfa” bu gün çempion ola biləcəkmi? - YENİLƏNİR

Dünən 1-ci liqada 26-cı tur start götürdü.

İlk oyun günündə keçirilən yeganə qarşılaşmada “Şimal” “Difai”ni qəbul etdi. Xaçmazlılar bu matçda qalib gəlsə, mövsümü 9-cu yerdə bitərəcəkləri dəqiqləşəcəkdi. Lakin gərgin keçən görüş Ağsu təmsilçisinin minimalhesablı qələbəsiylə (1:0) başa çatdı. Qonaqlar son 3 matçda uduzmayan rəqibini məğlub etməklə “zirzəmi”yə qaytardı. Hər halda, çempionatı 9-cu və 10-cu sırada başa vuracaq komandaların adlarını gələn həftə öyrənəcəyik.

Turun qalan oyunları bu gün keçiriləcək. MOİK-i qəbul edəcək “Mingəçevir”lə evdə “Zaqatala” ilə üz-üzə gələcək “Baku Sportinq” mövsümü 2-ci yerdə bitirmək üçün şanslarını sınayacaqlar. İş ondadı ki, “Səbail” “doğma divarlar” arasında “Şahdağ Qusar”a qalib gəlsə, 2-ci yer intriqası bitəcək. Başqa sözlə, “dənizçilər”in premyer-liqaya yüksəlmək uğrunda pley-of matçında “Qəbələ” ilə qarşılaşacağı dəqiqləşəcək. “Şəfa” “Cəbrayıl”ı qəbul edəcəyi oyunda uduzmasa, çempionluğu rəsmiləşdirəcək. Düzdü, paytaxt təmsilçisi son iki matçda “Şimal” və “Difai” ilə heç-heçə edib. Ancaq bu dəfə 1 xal da komandanı hədəfinə çatdıracaq.

14 may
Şimal - Difai 0:1
Vorren Lloyd Ondo, 80.
14 may. Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu.

15 may
Mingəçevir – MOİK

Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 17.00.

Səbail – Şahdağ Qusar
Bakı, “Bayıl Arena”. Saat 17.00.

Baku Sportinq – Zaqatala
Buzovna, qəsəbə stadionu. Saat 17.00.

Şəfa – Cəbrayıl
Binə, qəsəbə stadionu. Saat 17.00.

Xal durumu: Şəfa – 54, Səbail – 49, Mingəçevir, Baku Sportinq – 45, Şahdağ Qusar – 41, MOİK – 30, Zaqatala – 25, Cəbrayıl – 24, Difai – 18, Şimal – 17.

Bombardir:
Seyxan Fərəcov (MOİK) – 17.

KƏNAN BAHADIR

Seçilən
11
1
football-plus.az

2Mənbələr