AZ

Rusiya Ermənistandan son qərarını verməsini tələb etdi

BAKI, 15 may. TELEQRAF

“Rusiya Ermənistan xalqının etdiyi hər bir seçimə anlayışla yanaşacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli medianın Ermənistanın Qərblə yaxınlaşması ilə bağlı sualını cavablandırarkən deyib.

“Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə dediyi kimi, biz erməni xalqının etdiyi hər bir seçimə anlayışla yanaşacağıq”, - o bildirib.

Overçuk həmçinin qeyd edib ki, müəyyən mərhələdə Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq:

“İndi Ermənistanda Avropa İttifaqına inteqrasiyadan danışırlar. Dəfələrlə bəyan etmişik ki, Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı bir-birinə uyğun gəlmir. Ermənistanda da bunu çox yaxşı bilirlər, ölkə rəhbərliyi də bu barədə danışır. Əgər qərar versələr, müəyyən mərhələdə bu seçimi etməli olacaqlar”.

Baş nazirinin müavini əlavə edib ki, Ermənistan Rusiyanın müttəfiqidir və iki ölkəni dərin və uzunmüddətli dostluq əlaqələri birləşdirir:

“Moskva erməni xalqına böyük hörmətlə yanaşır. Ermənistan bizim üçün çox yaxın və müttəfiq ölkədir, Avrasiya İqtisadi Birliyinin, Müstəqil Dövlətlər Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bizi birləşdirən əlaqələr çox dərin və çox ciddidir”.

Seçilən
7
teleqraf.com

2Mənbələr