AZ

Budanov: Ukraynanın səfərbərlikdən imtina etməsi mümkün deyil

Ukrayna vətəndaşları cəbhəyə könüllü getmək istəmədikləri üçün səfərbərlikdən imtina edilə bilməz.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov Britaniyanın "The Times" qəzetinə verdiyi müsahibədə bildirib.

Budanov qeyd edib ki, könüllülərin cəlb edilməsi ordunun ehtiyaclarını ödəmək üçün kifayət deyil: "Bu, iqtisadi problemlər və həmçinin 12 il yarım davam edən münaqişədən sonra insanları könüllü olmağa təşviq edəcək heç bir şey olmadığı üçün mümkün deyil. Başqa yol yoxdur, əks halda ölkə çökəcək".

Qeyd edək ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayında elan edilib və bir neçə dəfə uzadılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr