AZ

"Bugünkü reallıq ondan ibarətdir ki, türk dövlətləri artıq qlobal proseslərin müşahidəçisi deyil, iştirakçısı olmaq istəyir" - AÇIQLAMA

"Bugünkü reallıq ondan ibarətdir ki, türk dövlətləri artıq qlobal proseslərin müşahidəçisi deyil, iştirakçısı olmaq istəyir" - AÇIQLAMABu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir.

Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir:

"Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək".

"İlham Əliyevin Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə verdiyi mesajlar göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni və tarixi bağlar üzərində qurulan platforma deyil, yeni dünya nizamında siyasi, iqtisadi və geostrateji təsir imkanları artan güc mərkəzinə çevrilməkdədir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Xüsusilə Prezident İlham Əliyevin "Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir" fikri təsadüfi mesaj deyil. Bu, türk inteqrasiyasının gələcək strateji istiqamətini müəyyən edən siyasi vizyondur.

Son illərdə dünyada geosiyasi parçalanma, enerji marşrutları uğrunda rəqabət, nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artması türk dövlətlərinin rolunu daha da aktuallaşdırıb. Bu fonda Azərbaycan həm coğrafi mövqeyi, həm enerji resursları, həm də diplomatik aktivliyi ilə TDT daxilində aparıcı aktorlardan birinə çevrilib. Xüsusilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və bu formatın artıq ənənə halını alması Bakının təşkilat daxilində təşəbbüsverici siyasi mərkəz rolunu gücləndirdiyini göstərir.

Prezident İlham Əliyevin Qazaxıstanla münasibətlərə xüsusi vurğu etməsi də mühüm geosiyasi mesajdır. Ankara-Bakı-Astana xətti artıq türk inteqrasiyasının əsas strateji sütunlarından biri kimi formalaşır. Qazaxıstan Mərkəzi Asiyanın iqtisadi və tranzit potensialına malik əsas ölkələrindən biridir. Azərbaycan isə Xəzər üzərindən Avropa ilə Asiyanı birləşdirən əsas qapıdır. Bu tandem Orta Dəhlizin gələcək taleyində də həlledici rol oynayacaq.

Bugünkü reallıq ondan ibarətdir ki, türk dövlətləri artıq qlobal proseslərin müşahidəçisi deyil, iştirakçısı olmaq istəyir. Türküstan Zirvəsi də bu yeni geosiyasi mərhələnin siyasi manifesti kimi qiymətləndirilə bilər".

İlham Əliyevin Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə verdiyi mesajlar göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni və tarixi bağlar üzərində qurulan platforma deyil, yeni dünya nizamında siyasi, iqtisadi və geostrateji təsir imkanları artan güc mərkəzinə çevrilməkdədir. Xüsusilə Prezident İlham Əliyevin "Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir" fikri təsadüfi mesaj deyil. Bu, türk inteqrasiyasının gələcək strateji istiqamətini müəyyən edən siyasi vizyondur.

Son illərdə dünyada geosiyasi parçalanma, enerji marşrutları uğrunda rəqabət, nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artması türk dövlətlərinin rolunu daha da aktuallaşdırıb. Bu fonda Azərbaycan həm coğrafi mövqeyi, həm enerji resursları, həm də diplomatik aktivliyi ilə TDT daxilində aparıcı aktorlardan birinə çevrilib. Xüsusilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və bu formatın artıq ənənə halını alması Bakının təşkilat daxilində təşəbbüsverici siyasi mərkəz rolunu gücləndirdiyini göstərir.

Prezident İlham Əliyevin Qazaxıstanla münasibətlərə xüsusi vurğu etməsi də mühüm geosiyasi mesajdır. Ankara-Bakı-Astana xətti artıq türk inteqrasiyasının əsas strateji sütunlarından biri kimi formalaşır. Qazaxıstan Mərkəzi Asiyanın iqtisadi və tranzit potensialına malik əsas ölkələrindən biridir. Azərbaycan isə Xəzər üzərindən Avropa ilə Asiyanı birləşdirən əsas qapıdır. Bu tandem Orta Dəhlizin gələcək taleyində də həlledici rol oynayacaq".

Seçilən
12
sonxeber.az

1Mənbələr