"Borussiya" hücumçu Samuele İnasionun müqaviləsinin müddətini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.
İtaliya U-19 millisinin üzvü ilə 2029-cu ilin yayına kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Samuele İnasio 2024-cü ilin yayında "Borussiya"nın akademiyasına qoşulub. 18 yaşlı futbolçu bu mövsüm Bundesliqada 6 oyuna çıxıb və 1 qol vurub.