AZ

Fəzail Sadıqov: Azərbaycanda narkotik vasitələrdən asılılıqla mübarizədə tibbi xidmət asan və əlçatandır

Bakı, 15 may, AZƏRTAC

Hazırda Azərbaycanda narkotik vasitələrdən asılılıqla mübarizədə tibbi xidmət kifayət qədər asan və əlçatandır.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov deyib.

“Statistika göstərir ki, dünyada hər 20 nəfərdən biri qadağan olunmuş narkotik maddələrdən istifadə edib. Bu, qlobal göstəricidir, yəni istifadə bir regionda az, digərində çox ola bilər. Həmin istifadə edən şəxslərin müəyyən hissəsində asılılıq formalaşır. Asılı olanların da bir qismi inyeksion istifadəçisidir və bu da öz növbəsində HİV, hepatit və digər infeksiyaların yayılma riskini artırır. Asılılıqla mübarizə aparan şəxslərin hər 6 nəfərdən yalnız 1-i müalicə imkanına çıxış əldə edə bilir. Afrika və Mərkəzi Amerika ölkələrində bu göstərici daha aşağıdır, hətta bəzi yerlərdə 15–18 nəfərdən biri müalicəyə çıxış əldə edə bilir. Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarında da bu proses hər zaman asan olmur, qəbul üçün uzun növbələr və çətinliklər yaşanır. Ölkəmizdə isə vəziyyət tamamilə fərqlidir. Burada istənilən şəxs dövlət müəssisələrində müalicə ala bilər. Yəni əlçatanlıq kifayət qədər yüksəkdir. Ancaq vətəndaşlar unutmamalıdırlar ki, istənilən tibbi yanaşmada müalicəyə qərarı həkim verir”, - deyə baş direktor bildirib.

Seçilən
12
1
azertag.az

2Mənbələr