AZ

Əsgəran Silah Muzeyi yaradılır

Ajans.az xəbər verir ki, bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazir deyib ki, bu, Azərbaycanın dövlətçilik tarixini və xüsusilə də onun döyüş sənətinin, döyüş ruhunun və bu tarixi dövrlər ərzində əldə etdiyi silahlarla bağlı məlumatların elmi əsaslarla insanlara çatdırılmasını təmin edən ilk muzey olacaq. “Silah muzeyinin orada olmasının rəmzi mənası var. Belə ki, Əsgəran qalası Qarabağ xanlığının əsas mühafizə dayağı, onun əsas qalxanı olub. Azərbaycan memarlığının parlaq nümunələrindən hesab olunan qala Əsgəranın müdafiə sistemi kimi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına hücumlara qarşı qoruyucu sipər olaraq inşa edilib”, - deyə A.Kərimli qeyd edib.

Seçilən
6
14
Ajans.az

10Mənbələr