Survivor All Star yarışmasında baş verən uğursuz hadisə iştirakçı Barış Murat Yağcının yarışma arzularını yarımçıq qoyub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, yarış zamanı parkurda yıxılan Barış Murat Yağcının barmağında ciddi sınıq yaranıb. Həkim müayinəsindən sonra onun uzun müddətli müalicəyə ehtiyacı olduğu müəyyən edilib. Bu səbəbdən iştirakçının yarışmanı davam etdirməsinin mümkün olmadığı bildirilib.
Acun Ilıcalı açıqlamasında qərarın məcburi olduğunu vurğulayaraq "Çarəsiz qaldıq" ifadəsini işlədib. Yarışma izləyiciləri isə bu xəbəri böyük üzüntü ilə qarşılayıblar.