AZ

Kişi, yoxsa qadın beyni sürətlə qocalır? ARAŞDIRMA

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Alimlər insan beyninin yaşlanma prosesində qadın və kişilər arasında ciddi fərqlərin olduğunu müəyyən ediblər.

Avtosfer.az xəbər verir ki, Oslo Universiteti nəzdində aparılan genişmiqyaslı yeni araşdırma göstərib ki, kişi beyni qadın beyninə nisbətən daha sürətlə həcm itirir və daha erkən qocalma əlamətləri göstərir.

Tədqiqat çərçivəsində yaşları 17 ilə 95 arasında dəyişən təxminən 4 min 700 sağlam insana aid 12 mindən çox MRT  skanı analiz edilib. Onillikləri əhatə edən məlumatlar əsasında aparılan müqayisələr nəticəsində alimlər kişilərdə beynin bir çox bölgəsində kiçilmənin daha sürətli baş verdiyini müşahidə ediblər.

Araşdırmaya görə, xüsusilə yaddaş, qərarvermə, emosional idarəetmə və idrak funksiyalarına cavabdeh olan sahələrdə həcm itkisi kişilərdə daha qabarıq şəkildə özünü göstərir. Qadın beynində isə yaşlanma prosesinin daha yavaş və stabil getdiyi qeyd olunub.

Mütəxəssislər hesab edirlər ki, bu fərqin arxasında hormonal dəyişikliklər, həyat tərzi, stress səviyyəsi və genetik faktorlar dayanır. Xüsusilə estrogen hormonunun qadın beynini müəyyən müddət qoruyucu təsir altında saxladığı ehtimal edilir.

Neyrologiya sahəsində mühüm hesab edilən bu araşdırma gələcəkdə Alzheimer və digər neyrodegenerativ xəstəliklərin cinsiyyətə görə fərqli inkişaf mexanizmlərinin araşdırılmasına da yeni imkanlar yarada bilər.

Alimlər bildirirlər ki, beynin sağlam qalması üçün düzgün qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və zehni fəaliyyətlərin davamlı saxlanılması böyük əhəmiyyət daşıyır./sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
avtosfer.az

1Mənbələr