AZ

İbrahimoviçlə yola getmir – Ayrılmaq istəyir

“Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin cari mövsümün sonunda klubdan ayrılacağı ehtimal olunur.

Publika.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

Onun getməsinin mümkün səbəbi klub rəhbərlikdəki əsas fiqurlardan biri olan Zlatan İbrahimoviçlə münaqişədir. Onlar növbəti mövsüm üçün üçüncü qapıçının kimliyi ilə bağlı fikir ayrılığına düşüblər.

Məşqçi, həmçinin “Milan”ın ən sərt tənqidçilərindən biri olan Antonio Kassano ilə İbranın isti münasibətlərindən də narazı qalıb. Bundan əlavə, İbrahimoviç məşqçinin işinə müdaxilə edərək Yusuf Fofana və Rafael Leaoya taktiki məsləhətlər verib.

Seçilən
42
publika.az

1Mənbələr